AZ

MN: İran Birləşmiş Ərəb Əmirliklərinə dörd qanadlı raketlə hücum edib

İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dörd qanadlı raketlə hücum edib.

APA xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

“İran tərəfdən BƏƏ-yə yaxınlaşan dörd qanadlı raket aşkar edilib. Raketlərdən üçü BƏƏ-nin ərazi suları üzərində uğurla ələ keçirilib, dördüncüsü isə dənizə düşüb”, - Nazirliyin məlumatında deyilir.

BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu təsdiqləyib.

Seçilən
30
12
apa.az

10Mənbələr