Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fujayra şəhərində yerləşən neft sənayesi ərazisində güclü yanğın baş verib. İlkin məlumatlara görə, hadisə bölgəyə edilən dron hücumlarından sonra qeydə alınıb.
KONKRET.az xəbər verir ki, hücumun İrandan həyata keçirildiyi iddia edilir. Yanğının miqyası və neft infrastrukturuna dəymiş ziyan barədə hələlik rəsmi məlumat verilməyib. Əraziyə yanğınsöndürmə briqadaları və təhlükəsizlik qüvvələri cəlb olunub.
Qeyd edək ki, bu hadisə regionda gərginliyin artdığı və Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin yüksəldiyi bir vaxta təsadüf edir. BƏƏ rəsmiləri hadisənin təfərrüatları ilə bağlı hələlik geniş açıqlama verməyiblər.
Natiq Səlim,
KONKRET.az