AZ

“Tehran adekvat cavab vermək imkanında deyil” - Azər Həsrət

"Bu vəziyyətdə dərin təhlilə ehtiyac qalmır — mövcud mənzərə kifayət qədər aydındır. İran artıq elə bir situasiyaya gətirilib ki, onun yaxınlığında ABŞ kimi güc mərkəzi strateji əhəmiyyətli bir keçidə nəzarəti gücləndirir və Tehran buna adekvat cavab vermək imkanında deyil. Bu isə o deməkdir ki, növbəti mərhələdə İran ABŞ-la müəyyən formada hesablaşmağa məcbur qalacaq. Danışıqlar masası olmadan nə Hörmüz boğazının açılmasına nail olmaq, nə də sanksiyalardan qurtulmaq real görünür. Uzun illərdir sanksiyalar altında yaşayan İran üçün bu vəziyyətin davam etməsi daha ağır nəticələr vəd edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik ABŞ və İran arasında qarşılıqlı təzyiq və psixoloji qarşıdurma mərhələsinə keçib. Tərəflər bir-birinə qarşı ittihamlarını sərtləşdirir, eyni zamanda mümkün hərbi eskalasiya ilə bağlı mesajlar verirlər. İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Ebrahim Əzizi bildirib ki, Vaşinqtonun Hörmüz boğazında gəmiçiliyə hər hansı müdaxiləsi Tehran tərəfindən atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək. Onun sözlərinə görə, nə boğazda, nə də Fars körfəzində proseslərin idarə olunması ABŞ rəhbərliyinin, o cümlədən Prezident Donald Trampın açıqlamaları əsasında formalaşmayacaq.

Siyasi şərhçi qeyd edib ki, belə bir ssenari ölkədaxili iqtisadi və sosial gərginliyi artıraraq dövlətin dayanıqlığını zəiflədə bilər.

Seçilən
42
aznews.az

1Mənbələr