AZ

Ölkə turizmini vuran gözlənilməz böhran Say niyə azaldı?

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Cari ilin yanvar-mart aylarında ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin müddətdə ölkəmizə 172 dövlətdən 484,4 min şəxs gəlib. Qonaqların 25,9 faizi Rusiya, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan və 3,6 faizi Hindistanın payına düşüb. Ümumi gələnlərin 71,8 faizini kişilər, 28,2 faizini isə qadınlar təşkil edib.Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, 2026-cı ilin ilk rübündə Azərbaycanda turist sayında müəyyən azalma müşahidə olunur:“Bunun əsas səbəbi kimi regiondakı siyasi vəziyyət, xüsusilə qonşu İranda baş verən müharibə göstərilə bilər. Hazırda vəziyyət elədir ki, nəinki həmin istiqamətdən Azərbaycana turist axını azalıb, eyni zamanda Azərbaycandan Körfəz ölkələrinə turist səfərlərində də kəskin azalma var. Bu vəziyyətin əsas səbəbi müharibə fonunda hava məkanının bağlanması, uçuşların geniş miqyasda təxirə salınması və ya ləğv olunmasıdır. Bu amillər turizmə ciddi təsir göstərir. Statistikaya baxdıqda isə görürük ki, Rusiya, Avropa və MDB ölkələrindən gələn turistlərin sayında artım, yəni müsbət dinamika müşahidə olunur. Bunun səbəbi həmin istiqamətlərdə uçuşların normal rejimdə davam etməsidir. Türkiyə istiqamətində də oxşar vəziyyət hökm sürür. Lakin Körfəz ölkələri istiqamətində tam əks mənzərə ilə qarşılaşırıq. Azərbaycanda turistlər arasında populyar olan Dubay, Əbu-Dabi, Doha kimi şəhərlərə uçuş məhdudiyyətləri səbəbindən səfərlər demək olar ki, dayandırılıb. Eyni səbəbdən həmin ölkələrdən Azərbaycana turist axını da kəskin azalıb. Digər mühüm məqam isə Hindistan və Pakistan vətəndaşları ilə bağlıdır. Azərbaycana gələn bu turistlərin əksəriyyəti Körfəz ölkələrində, xüsusilə Birləşmiş Ərəb Əmirliklərində yaşayır və oradan ölkəmizə səfər edirlər. Uçuşların məhdudlaşdırılması onların da Azərbaycana gəlişinə ciddi təsir göstərib və bu azalma artıq statistikada açıq şəkildə görünür. Bu səbəbdən turist sayındakı azalmanı əsasən regionda baş verən müharibə ilə əlaqələndirmək daha doğru olar”. O qeyd edib ki, bu halı ölkədaxili turizm strategiyasındakı boşluqlarla bağlamaq düzgün olmazdı:“Hazırda artıq may ayıdır və yeni turizm mövsümü başlayır. Otellər rezervasiyalar qəbul etməlidir. Təəssüf ki, xüsusilə bölgə otelləri bu vəziyyətdən daha çox təsirlənir. Nəzərə alsaq ki, Körfəz ölkələrindən, eləcə də Hindistan və Pakistandan gələn turistlər daha çox Qəbələ, Quba kimi bölgələrə üz tuturdu, hazırda həmin regionlardakı otellər müəyyən çətinliklərlə üzləşir. Əgər regiondakı müharibə tezliklə başa çatmasa, bu yay mövsümündə, xüsusilə bölgələr üzrə turizm sektorunda ötən illərlə müqayisədə geriləmə gözlənilir. Bu geriləmə həm turist sayında, həm də gəlirlərdə özünü göstərə bilər. Çünki Avropa və Rusiya istiqamətindən gələn turistlər əsasən Bakıda qalır, bölgələrə isə daha çox Körfəz ölkələri, Hindistan və Pakistan vətəndaşları səfər edirdi. Ümid edirik ki, münaqişələr qısa zamanda həllini tapacaq və ölkəmizin turistik bölgələri yenidən turist axını ilə canlanacaq”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr