AZ

Hərbi prokuror tədbir keçirib

Ajans.az xəbər verir ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində tədbir keçirib. Görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, dövlətimizin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur.
  Daha sonra Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi – Raket və Artilleriya Qoşunları komandanı, general-leytenant Ağamir Sultanov tərəfindən artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıması qeyd olunaraq, artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıqları xatırlanıb, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmaları bildirilib.  Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.  Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

Seçilən
38
22
Ajans.az

10Mənbələr