ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 137 aptekdə yoxlama aparılıb
2026-cı ilin aprel ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə AEM-dən bildirilib.
Məlumata görə, keçirilən yoxlamaların 131-i planlı, 3-ü plandankənar və 3-ü yoxlamadan kənar olub.
Nəticələrə əsasən, 34 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 221.10, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.