ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, səs rejissoru Rasim Mehdizadə 51 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AKİ məlumat yayıb.
Qeyd edək ki, Rasim Mehdizadə aktrisa Günəş Mehdizadənin həyat yoldaşı idi. Onlar 2008-ci ildə ailə həyatı qurub, 2 övladı var.
41 yaşlı aktrisa “Vətəndaş A” serialındakı Almaz obrazı ilə məşhurlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.