AZ

Bu əlamətlərin göstərici bağırsaqPROBLEMİDİR

Bağırsaq mikrobiotasının pozulması yorğunluq, əsəbilik və baş ağrısı ilə əlaqələndirilib. Həkim-qastroenteroloq Vladimir Neronov bildirib ki, bağırsaq mikrobiotasının pozulması təkcə həzm sistemi ilə bağlı əlamətlərlə deyil, həm də ümumi vəziyyətin pisləşməsi ilə özünü göstərə bilər. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Mütəxəssisin sözlərinə görə, disbakteriozun ilkin əlamətləri köp, nəcis pozğunluğu və ağızda xoşagəlməz qoxu ola bilər. Bununla yanaşı, yorğunluq, əsəbilik, ürəkbulanma və baş ağrıları da müşahidə oluna bilər.

Həkim qeyd edib ki, bu vəziyyətin səbəbləri arasında düzgün olmayan qidalanma, antibiotiklərin, hormonların və bəzi ağrıkəsicilərin qəbulu, həmçinin qaraciyər və mədəaltı vəz problemləri yer alır.

Onun sözlərinə görə, bağırsaqlarda yaranan zərərli maddələr qazlar və toksik birləşmələr orqanizmdə xroniki intoksikasiyaya səbəb ola bilər. Bu da ümumi halsızlıq və baş ağrıları ilə nəticələnir.

Diaqnostika üçün əsasən bakterial analizlər və nəfəsdə hidrogen testi kimi üsullardan istifadə olunur. Bu testlər bağırsaq mikroflorasındakı dəyişiklikləri müəyyən etməyə kömək edir.

Həkim vurğulayıb ki, sağlam bağırsaq mikrobiotası üçün düzgün qidalanma əsas şərtdir. Konservantlarla zəngin qidalardan uzaq durmaq, qidanı yaxşı çeynəmək, rasiona lifli qidalar və süd məhsulları əlavə etmək, həmçinin kifayət qədər su içmək tövsiyə olunur.

Neronov bildirib ki, belə əlamətlər olduqda özbaşına müalicə aparmaq düzgün deyil. Əvvəlcə qidalanma rejimi düzəldilməli, əlamətlər davam edərsə, mütləq həkimə müraciət olunmalıdır. Çünki bu simptomlar daha ciddi həzm sistemi xəstəliklərinin göstəricisi ola bilər.

NURİYYƏ

Seçilən
12
2
redaktor.az

3Mənbələr