AZ

İran Hərbi Dəniz Qüvvələri ABŞ esmineslərinə xəbərdarlıq atəşi açıb

ABŞ-a məxsus esmineslər bir neçə saat əvvəl Oman dənizində radarlarını söndürərək Hörmüz boğazına yaxınlaşmağa cəhd edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran ordusu bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, sözügedən gəmilər radarlarını yenidən işə saldıqdan dərhal sonra aşkarlanıb və İran Hərbi Dəniz Qüvvələri tərəfindən atəşkəsin pozulmasının riskləri ilə bağlı radioqxəbərdarlıq edilib.

Bildirilib ki, ABŞ esminesləri buna məhəl qoymadıqdan sonra yenidən xəbərdarlıq edilərək Hörmüz boğazına daxil olmağa hər hansı cəhdin atəşkəsin pozulması kimi qiymətləndiriləcəyi və buna qarşılıq veriləcəyi açıq şəkildə bəyan edilib.

ABŞ esmineslərinin ilkin xəbərdarlığa məhəl qoymaması fonunda İran Hərbi Dəniz Qüvvələri tərəfindən gəmilərin ətrafına qanadlı raketlər, raketlər və döyüş PUA-ları atılıb.

İran ordusu bildirib ki, bu cür addımların məsuliyyəti və mümkün nəticələri qarşı tərəfin üzərinə düşür.

Seçilən
29
3
apa.az

4Mənbələr