AZ

Rusiyanın Koreya qorxusu: Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...

Rusiya tərəfi 2025-ci ilin yanvarında Ukrayna hərbçiləri tərəfindən Kursk vilayətində əsir götürülən iki Şimali Koreya vətəndaşının dəyişdirilməsi üçün iki dəfə müraciət edib. Lakin Moskva digər xarici əsirlərlə ümumiyyətlə maraqlanmır.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının katibliyinin rəhbəri Boqdan Oxrimenko “Ukrinform”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bəzi hallarda Rusiya tərəfini hətta öz vətəndaşlarını geri götürməyə razı salmaq lazım gəlir:

“Bura həm də Rusiya tərəfində döyüşən xarici vətəndaşlar daxildir. Hazırda bizim əsirliyimizdə onların sayı kifayət qədərdir. Amma danışıqlar prosesində Rusiya onlarla maraqlanmır. Şimali koreyalılardan başqa Rusiya tərəfinin heç bir sorğusu olmayıb. Bir neçə dəfə yalnız onların qaytarılıb-qaytarılmayacağını soruşublar”.

Oxrimenko bildirib ki, əsir düşən iki Şimali Koreya vətəndaşının Cənubi Koreyaya təhvil verilməsi məsələsi kifayət qədər həssasdır. Onun sözlərinə görə, beynəlxalq humanitar hüquqa əsasən, əsirlərə görə məsuliyyət onları münaqişəyə cəlb edən dövlətin - yəni Rusiyanın üzərinə düşür:

Seçilən
6
publika.az

1Mənbələr