AZ

Qalmaqal: Neymar Robinyonun oğlunu yumruqla vurub yerə sərdi

"Santos"un hücumçusu Neymar məşq zamanı Braziliya millisində keçmiş komanda yoldaşı Robinyonun oğlu Robinyo Junior ilə dalaşıb.

Fanat.Az xəbər verir ki, "Ge Globo"nun məlumatına görə, münaqişə 18 yaşlı oyunçunun Neymarı driblinqdə məğlub etdiyi oyun epizodundan sonra başlayıb. 

Ulduz hücumçu bunu hörmətsizlik kimi qəbul edib. Emosional reaksiya zamanı oyunçular arasında dava düşüb və şahidlər iddia edirlər ki, Neymar hətta rəqibini yumruqla vuraraq yerə sərib. Lakin məşq bitdikdən sonra vəziyyət həll olunub - oyunçular danışıblar və ulduz futbolçu davranışına görə üzr istəyib.

Neymar bu mövsüm 11 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
6
fanat.az

1Mənbələr