AZ

Vəkillər probasiya qeydiyyatında olan məhkumlara hüquqi yardım göstəriblər

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 4 may, AZƏRTAC

Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə növbəti hüquqi yardım aksiyası kollegiyanın Hüquqi Yardım Mərkəzinin təşkilatçılığı ilə Probasiya xidmətində həyata keçirilib.

Aksiya çərçivəsində “Praym Leqal” Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinin qeydiyyatında olan 25 nəfər qəbul edilib.

Məhkumların qarşılaşdıqları hüquqi problemlər dinlənilib, onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, eləcə də müxtəlif hüquqi məsələlər üzrə şifahi və yazılı izahatlar verilməklə pulsuz hüquqi yardım göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
azertag.az

1Mənbələr