AZ

Fodenlə bağlı qərar verildi

“Mançester Siti” futbolçusu Fil Fodenlə müqavilənin müddətini uzatmaq üçün danışıqlara start verib.

Msport.az xəbər verir ki, “şəhərlilər” 25 yaşlı yarımmüdafiəçini heyətdə saxlamaq niyyətindədir.

Tərəflər arasında danışıqlar ilkin mərhələdədir. İngiltərə millisinin üzvünün hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, Foden cari mövsüm bütün yarışlarda 45 oyuna 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
36
msport.az

1Mənbələr