AZ

Yük maşınları toqquşdu: Ölən var

 

Bu gün saat 11 radələrində Bakı-Qazax yolunda ağır qəza baş verib.

Musavat.com xəbər verir ki, magistralın Ağdaş rayonu Ləki qəsəbəsindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub.

Nəticədə "Mercedes"in 36 yaşlı sürücüsü Heydər Hüseyngil hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
4
12
musavat.com

10Mənbələr