AZ

Qəzet oxuyanlar niyə azalıb?

Adelet.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Biz çox vaxtı belə söhbətin şahidi oluruq. İki adam bir- biri ilə söhəbət edəndə deyir ki, əşi, indi qəzet oxuyan kimdi? Sosial şəbəkələr , saytlar çıxsmdan sonra  qəzet oxuyan lap azalıb. Çünki çoxlu sayda insanlar informasiyaları ya sosial şəbəkəlrədən , ya saytlardan , ya da  həmin qəzetlərin elektron variantlarından alır. Az sayda oxucu pul  verib qəzet alır. Əvvəllər 15- 20 min tirajla çıxan qəzetlər indi 1500- 5000  nüsxə çap edilir.

Üstəlik də, bu qədər qəzetin heç yarısı satılmır. Satılmayan qəzetlər isə üzüqara qız kimi redaksiyaları qaytarılır..Bilirsiniz , bu nə deməkdir? Bu, artıq qəzetlərin can verməsi deməkdir. Qəzetlərə axırıncı güclü zərbə bu ilin fevralında dəydi. Yəni bütün redaksiyalar  qışın oğlan çağında , ağına- bozuna baxılmadan " Azərbaycan" Nəşriyyatından çıxarıldı.Bir qədər imkanı olanlar yer tapdı, imkanı olmayanlar isə  çöllərdə qaldı.

Tay bundan sonra  qəzetin nə hörməti, nüfuzu  qalacaq. Qəzet köşklərində qəzetdən başqa hər şey satırlar, bircə qəzet satmırlar! Yəni hər tərəfdən qəzetin nəfəsliyi bağlanıb və həm də qəzetlərin " kitabı" bağlanıb! Amma insanların ürəyində  qəzet sevgisi bu gün də yaşayır. Və yaşlı nəslin nümayəndələri qəzet alıb oxuyur , onu yaşadır. Əgər 20-25 il bundan əvvəlki kimi qəzetlərin satışı düzgün təşkil edilsə ,  müyyən qurumlar tərəfindən kömək edilsə, qəzet oxuyanlar da çox olar, hər bir qəzet də yaşayar!!!

Emil FAİQOĞLU      

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
adalet.az

2Mənbələr