AZ

Ali Məhkəmə sədrinin müavini: Azərbaycanda şəhərsalma və memarlıq sahəsi xüsusi diqqət mərkəzindədir

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən “Şəhərsalma və hüquqi tənzimləmə məsələləri” mövzusunda elmi-praktik konfrans Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan mühüm tədbirlərdən biridir. Konfransda müxtəlif dövlət orqanlarının nümayəndələri iştirak edir və şəhərsalma sahəsinə dair aktual məsələlər müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov deyib. O bildirib ki, Azərbaycan dövləti şəhərsalma və memarlıq məsələlərinə xüsusi diqqət yetirir. Bakıda, eləcə də ölkənin digər bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yeni şəhərlərin və kəndlərin, o cümlədən “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi bu sahəyə dövlət marağının bariz nümunəsidir.

Sədr müavini qeyd edib ki, konfrans çərçivəsində şəhərsalma və memarlıq fəaliyyətinin hüquqi aspektləri də geniş şəkildə müzakirə olunacaq. Onun sözlərinə görə, tədbir iştirakçıları mövzu ilə bağlı mühüm təkliflər verəcəklər.

Müxbir – Xatirə Cəfərova
Fotoqraf – Aydın Məmmədov
Videooperator – İlham Nadirov
Seçilən
17
2
azertag.az

3Mənbələr