AZ

Tramp Hörmüz boğazı üçün Azadlıq layihəsi ni elan etdi

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında qalan ticarət gəmilərinin xilas edilməsi üçün "Azadlıq layihəsi" adlı əməliyyatın başlanacağını açıqlayıb.

BAKU.WS xəbər verit ki, onun sözlərinə görə, əməliyyatın əsas məqsədi bölgədə ilişib qalan və münaqişə ilə əlaqəsi olmayan ölkələrə məxsus gəmilərin təhlükəsiz şəkildə hərəkətini təmin etməkdir. Tramp bu addımı humanitar təşəbbüs kimi qiymətləndirib.

Prezident bildirib ki, bir çox gəmidə ekipajın ərzaq və digər zəruri ehtiyatları tükənmək üzrədir. Bu səbəbdən ABŞ həmin gəmilərin və heyətin təhlükəsiz şəkildə Hörmüz boğazından çıxarılması üçün tədbirlər görəcək.

Tramp əlavə edib ki, prosesin qarşısı alınarsa, müdaxilə daha sərt üsullarla həyata keçirilə bilər.

Qeyd edək ki, bölgədə gərginlik İranın boğazı bağlaması və ABŞ-nin cavab addımları fonunda artıb. ABŞ Mərkəzi Komandanlığı, CENTCOM daha əvvəl İran limanları ilə əlaqəli gəmilərə qarşı tədbirlərin görüləcəyini bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
baku.ws

2Mənbələr