AZ

Tramp və İran qiyabi olaraq "UNO" oynadılar - Rəsmi paylaşımlar

ABŞ Prezidenti Donald Tramp "bütün kartların" onda olduğuna dair sevimli ifadəsini və əlində "UNO" kartları tutduğu fotosunu paylaşıb.

Ölkə.Az xəbər verir ki, bu barədə məlumat "Truth Social" şəbəkəsində yer alıb.

İranın Heydərabaddakı (Hindistan) Baş Konsulluğunun rəsmi hesabı buna cavab olaraq maraqlı paylaşım edib. Paylaşımda İran hərbi komandanlığının "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi Ebrahim Zülfiqari gülümsəyərək əlində daha az sayda kart tutur və foto "Bəli, bizim kartlarımız daha azdır" başlığı ilə təqdim olunur.

Məsələ burasındadır ki, "UNO" oyununda əlindəki kartlardan ilk xilas olan şəxs qalib gəlir. Şəkildə Trampın əlində hər rəngin üzərinə qoyula bilən ən güclü və universal "Wild" kartları olsa da, iranlı nümayəndənin əlindəki kartlar da az güclü deyil. Üstəlik, iranlı tərəfin kartları rəqibi dəstədən yeni kartlar çəkməyə məcbur edir və sayca daha azdır.

Yəni əgər bu oyun real olaraq baş tutsaydı, qalib gələn tərəf iranlı olardı.

Seçilən
20
1
olke.az

2Mənbələr