AZ

Son 11 ilin ən uğursuz göstəricisi – Premyer Liqa nəhənginin

“Liverpul” İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Yunayted”ə 2:3 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, Arne Slotun rəhbərlik etdiyi komanda bu mövsüm 11-ci məğlubiyyətini yaşayıb.

Bu, klubda son 11 ilin ən pis göstəricisidir. “Liverpul” daha əvvəl 2014/15 mövsümündə 11 dəfə uduzmuşdu.

Qeyd edək ki, Mersisayd təmsilçisi Premyer Liqada 58 xalla 4-cü sıradadır.

Seçilən
6
2
msport.az

3Mənbələr