AZ

"Space" TV-yə yeni baş direktor təyin edildi

"Space" TV-yə yeni baş direktor təyin edildi

"Space" televiziyasına yeni baş direktor təyin edilib.

AFN.az-ın Manset.az-a istinadən məlumatına görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.

Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib. Görüş zamanı yeni rəhbər tərəfindən müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl mətbuatda "Space" televiziyasının bağlanacağı ilə bağlı iddialar yayılmışdı. Yeni təyinat bu şayiələrin fonunda kanalın fəaliyyətini davam etdirəcəyinin göstəricisi kimi qiymətləndirilir.

Seçilən
13
30
afn.az

10Mənbələr