Filippinlərin şərqində yerləşən Samar adasında 6 bal gücündə zəlzələ baş verib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Filippinlərin şərqindəki Samar adasının şimal-qərbində yerləşən Nena bölgəsində 6 bal gücündə zəlzələ qeydə alındığını açıqlayıb.
Zəlzələ yerin 73,3 kilometr dərinliyində qeydə alınıb və ölkənin şərq sahillərindəki digər yaşayış məntəqələrində də hiss olunub. Zəlzələdən sonra can və ya mal itkisi barədə məlumat verilməyib.
Müəllif: Günay Hacıyeva