Cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 30 milyard 290 milyon 349 min manat olub.
"Yeni verilmiş kreditlərin və yeni cəlb edilmiş depozitlərin faizlərində azalma müşahidə edirik"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 413 milyon 230 min manat və ya 8,7% artıb.
Hesabat dövrünün sonunda verilmiş kreditlərin orta faiz dərəcəsi 14,22% olub. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 0,82 faiz bəndi çoxdur. 2025-ci ilin mart ayının sonunda verilmiş kreditlərin orta faiz dərəcəsi 13,4% olmuşdu.