AZ

Pakistan və İran regional sülhlə bağlı danışıqlar aparıblar

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazirlər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb və regionda sülhün bərqərar olması səylərini müzakirə ediblər

Pakistanın xarici işlər naziri İshaq Dar və iranlı həmkarı Abbas Əraqçi telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb və regionda sülhün bərqərar olması səylərini müzakirə ediblər. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Müzakirə regional vəziyyətə və Pakistanın regionda sülh və sabitliyin təmin edilməsi üçün davam edən diplomatik səylərinə yönəlib", - qeyd edilib.

Məlumata görə, Əraqçi İslamabadın vasitəçilik səylərini və İran-ABŞ danışıqlar prosesindəki konstruktiv rolunu yüksək qiymətləndirib. Dar da öz növbəsində "dialoq və diplomatiyanın regionda və ondan kənarda sülh yolu ilə həllə və sabitliyə aparan yeganə mümkün yol olaraq qaldığını" vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
ayna.az

1Mənbələr