AZ

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

Azərbaycanda qısaldılmış iş günü olacaq.

Musavat.com xəbər verir ki, əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, 8 may bayramdan əvvəlki iş günü olduğu üçün iş saatları bir saat azaldılacaq.

9 May Qələbə Günü münasibətilə rəsmi qeyri-iş günüdür. 9 May şənbə gününə təsadüf etdiyi üçün, qanunvericiliyə əsasən istirahət günü ilə iş günü yerini dəyişir və 11 may qeyri-iş günü hesab olunur.

Beləliklə, həftəlik beşgünlük iş qrafiki ilə çalışanlar üçün 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.

Seçilən
2
13
musavat.com

10Mənbələr