AZ

91 yaşında ən fərqli ad günü: Qonaqları yalnız itlər oldu

Braziliyada yaşayan Vitoriya 91 yaşını qeyd edərkən ad gününü necə keçirmək istədiyini çox yaxşı bilirdi.

Nə böyük ailə toplantısı, nə uzun çıxışlar, nə də rəsmi tədbir... O, sadəcə özü, çəhrayı temalı bir məclis və illər boyu ona sevinc, huzur və dostluq bəxş edən 10 iti ilə birlikdə olmaq istəyib.

Ailəsinin paylaşdığı fotolarda xüsusi hazırlanmış ad günü süfrəsi, detallarla bəzədilmiş tort, boyunlarında çəhrayı bantlar olan 10 it və üzündə ad gününün gətirdiyi bütün xoşbəxtliyi əks etdirən 91 yaşlı qadın görünür.

Ailəsi bildirib ki, bu bayram itlərin illər ərzində Vitoriyaya bəxş etdiyi dərin sevgi və rahatlığın simvolu olub. Eyni zamanda bu an həqiqi dostluğun yalnız insanlarla məhdudlaşmadığını da xatırladıb.

Vitoriya arzuladığı ad gününü yaşayıb: 10 qonaq, 10 yellənən quyruq və süfrənin başında çox xoşbəxt bir qadın.

566417

Ölkə.az,

Həmidə İbrahimova

Seçilən
12
1
olke.az

2Mənbələr