Bu günə qədər laboratoriyada hantavirus infeksiyası ilə bağlı 1 hadisə təsdiqlənib. Yoluxmuş 6 nəfərdən 3-ü ölüb, 1-i Cənubi Afrikada xəstəxananın reanimasiya şöbəsindədir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından AFP agentliyinə məlumat verilib.
Bildirilib ki, xəstəxanada müalicə alan şəxs 69 yaşlı britaniyalıdır.
Məlumata görə, xəstəlik Atlantik okeanında, Argentinadan Kabo Verde adasına gedən gəmidə qeydə alınıb.
Hantavirus gəmiricilər vasitəsilə insana keçə bilən xəstəlikdir.