AZ

"Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir

"Global Media Group" və UNEC Tədqiqat Fondunun birgə əməkdaşlığı çərçivəsində "Report" İnformasiya Agentliyində yeni analitik layihənin icrasına başlanılıb.

Layihə çərçivəsində araşdırmalar dünyanın media nəhənglərinin uğurla tətbiq etdiyi "Longread" (ingiliscə "uzun oxu") formatında təqdim ediləcək.

Yeni analitik məhsulda Azərbaycanda və dünyada gedən ən aktual proseslərin, milli və transmilli layihələrin geniş və hərtərəfli təhlili veriləcək.

Oxucular rahat və oxunaqlı üslubda hazırlanmış araşdırma yazıları ilə "Report"un saytında yaradılmış "Longread" modulunda tanış ola biləcəklər.

Məqalələrdə rəsmi statistika, dövlət qurumları və beynəlxalq təşkilatların məlumatları ilə yanaşı, ekspert rəyləri, foto və infoqrafika elementləri də əksini tapacaq. Layihə çərçivəsində həmçinin, aktual mövzular üzrə videomüsahibələr, podkastlar, videoreportajlar təqdim olunacaq.

Əsas məqsəd oxucuda seçilmiş mövzu haqqında tam və müfəssəl təsəvvür formalaşdırmaq, onu mövcud durum və proqnozlarla tanış etməkdir.

"Global Media Group" haqqında:

"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

UNEC Tədqiqat Fondu haqqında:

UNEC Tədqiqat Fondu – müasir cəmiyyəti maraqlandıran sahələrdə tədqiqatlar təşkil edən tədqiqat, analitika və ekspert mərkəzidir.

Fondun fəaliyyəti, həmçinin, ekspertizaların həyata keçirilməsini, məsləhət xidmətlərinin göstərilməsini, forsaytinq və proqnozlaşdırmanı, profil tədbirlərinin təşkilini də əhatə edir.

UNEC Tədqiqat Fondu haqqında daha ətraflı məlumat əldə etmək üçün www.unectf.org veb-saytına müraciət edə bilərsiniz.

Seçilən
1
1
far.az

2Mənbələr