AZ

Putin Melnikovun istefasını qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin Dağıstan rəhbəri Sergey Melikovun istefasını qəbul edib. Müvafiq fərman hüquqi aktların rəsmi nəşr portalında dərc edilib.

"Dağıstan Respublikasının rəhbəri S.A. Melikovun öz xahişi ilə istefası qəbul edilsin", - deyə sənəddə bildirilib.

O, həmçinin Fyodor Şukini Dağıstan Respublikasının rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin edib.

Bu barədə Bakıvaxtı.az TASS-a istinadən məlumat verir.

Melikov regiona 5 oktyabr 2020-ci ildən (14 oktyabr 2021-ci ilə qədər rəhbərin səlahiyyətlərinin icraçısı qismində) rəhbərlik edib.

Fyodor Şukin 1976-cı ildə anadan olub. 2004-cü ildən Nijni Novqorod vilayətinin məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin fevral ayında Dağıstan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Mayın 4-də Rusiya Federasiyasının Hakimlərinin Ali İxtisas Kollegiyası "şərəfli təqaüdə çıxması ilə əlaqədar" onun səlahiyyətlərinə xitam verib.

Aprelin 30-da Rusiya Prezidenti Vladimir Putin Dağıstan nümayəndələri ilə yeni region rəhbərinin namizədliyini müzakirə edib və Şukinlə bağlı təklifi dəstəkləyib.

Seçilən
13
1
bakivaxti.az

2Mənbələr