AZ

"Vilyarreal" baş məşqçisi ilə əməkdaşlığa son qoyur - RƏSMİ

"Vilyarreal" cari mövsümün sonunda baş məşqçisi Marselino Toral ilə əməkdaşlığa son qoyacağını bəyan edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulan mütəxəssislə anlaşma yenilənməyəcək.

Ona ənənəvi qaydada təşəkkür edən La Liqa təmsilçisi gələcək karyerasında uğurlar arzulayıb.

Daha öncə 2013-2016-cı illər aralığında da "Vilyarreal"ı çalışdırmış Toral 2023-cü ilin noyabrında yenidən bu komandanın "sükanı arxası"na gətirilib. 

34 tura 68 xal toplayan "sarı sualtı qayıq" hazırda La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub.

Nihat

Seçilən
4
1
fanat.az

2Mənbələr