AZ

Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? Özündən AÇIQLAMA

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bir müddət öncə “Araz Naxçıvan” klubundan ayrılan baş məşqçi Elmar Baxşıyevlə bağlı yeni iddialar yayılıb. Belə ki, təcrübəli mütəxəssislə Azərbaycan Premyer Liqasının bir neçə klubunun maraqlandığı bildirilir. Hətta Baxşiyevin hazırda “Şamaxı” klubu ilə danışıq apardığı və növbəti mövsüm bu komandaya rəhbərlik edəcəyi gözlənilir. Milli komandaya rəhbərlik edən Ayxan Abbasovun bölgə klubundan ayrıldıqdan sonra “Şamaxı”ya məhz Baxşıyevin baş məşqçi təyin olunacağı gözlənilir. Məsələ ilə bağlı Elmar Baxşıyevin özü ilə əlaqə saxladıq. Mütəxxəssis Bizim.Media-ya açıqlamasında hazırda istirahət etdiyini və heç bir klubla danışıq aparmadığını diqqətə çatdırıb:“Hazırda heç bir klubla danışıq aparmıram. İstirahətdəyəm. Hansısa xəbərlər yayılıbsa, bu düzgün deyil. Heç bir klubdan da təklif almamışam. Əlbəttə, təklif gəlsə razılaşmaq olar. Ancaq bunun üçün ilk növbədə həmin komandanın strategiyası və məqsədi ilə tanış olmalıyam. Təbii ki, tələblər məni qane etsə, hansısa klubla çalışa bilərəm”.Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr