AZ

Brüssel Zəngəzur dəhlizinə qoşulmağa çalışır EUObserver

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqı Zəngəzurda reallaşacaq TRIPP nəqliyyat dəhlizi layihəsinin inkişafına qoşulmağa çalışır.

Ölkə.az  “EUObserver”ə istinadən xəbər verir ki, mayın 5-də nəqliyyat, enerji və rəqəmsal əməkdaşlığı əhatə edən yeni bir tərəfdaşlığın başlanğıcını qoyan ilk Avropa İttifaqı-Ermənistan sammiti keçiriləcək.

Nəşrin yazdığına görə, ABŞ-ın ötən il Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında fəal iştirakından sonra Avropa İttifaqı Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) nəqliyyat dəhlizi layihəsinin hazırlanmasına qoşulmağa çalışır.

Brüssel hesab edir ki, bu coğrafi marşrut Rusiyadan yan keçməyə imkan verən alternativ ticarət yoluna çevrilə və və eyni zamanda, Ermənistanı Avrasiya logistika zəncirlərinə daha dərindən inteqrasiya etməsinə imaknı yarada bilər. 

“Standart sxemə əsasən, Çindən Avropaya malların daşınması təxminən 42 gün çəkir. Əgər bu Orta Dəhliz effektiv şəkildə işləsə, bu müddət təxminən 12-13 günə endirilə bilər”, - Aİ nümayəndəsi bildirib.

Nəşrin yazdığına görə, bir sıra avropalı ekspertlər Avropa İttifaqını strateji liderliyin olmamasına və yavaş maliyyə qərarlarına görə tənqid edirlər. Onlar hesab edirlər ki, bu, regionda məyusluğa səbəb olur və ABŞ-a Cənubi Qafqazda təsirini daha fəal şəkildə gücləndirməyə imkan verir.

Nəşr eyni zamanda yazıb ki, Aİ ilə yaxınlaşmanın simvolik bir jesti olaraq, Ermənistan viza liberallaşdırma planı üzrə ilk irəliləyiş hesabatını alacaq. Bu kontekstdə Aİ sərhəd agentliyi Frontex Ermənistan Daxili İşlər Nazirliyi ilə daha sıx əməkdaşlıq etməyi planlaşdırır.

Sammit, Baş nazir Nikol Paşinyanın mart ayında Avropa Parlamentindəki çıxışından iki ay sonra baş tutub. O, Ermənistanın Aİ üzvlüyünə olan istəklərini bir daha təsdiqləyib və Azərbaycanla davamlı sülhün bərqərar edilməsinin vacibliyini vurğulayıb.

Nəşr onu da qeyd edib ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək və bu seçkilər Rusiyanın mümkün müdaxiləsi riski fonunda baş tuta bilər. Bu arada, Aİ artıq hibrid təhdidlərə və dezinformasiyaya qarşı mübarizədə İrəvanı dəstəkləyir.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
olke.az

3Mənbələr