AZ

TƏBİB icraçı direktoruna üç yeni müşavir təyin edib

TƏBİB icraçı direktoruna üç yeni müşavir təyin olunduğunu açıqlayıb.

Qurumun məlumatına görə, R. Muxtarzadə, Töhfə Cəmilova və Bəhəddin Rzayev müvafiq vəzifələrə gətirilib.

Muxtarzadə bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinə rəhbərlik edib.

Töhfə Cəmilova son olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində struktur bölmə rəhbəri vəzifəsində çalışıb.

Bəhəddin Rzayev isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

TƏBİB bildirib ki, təyinatlar səhiyyə idarəçiliyində strateji planlaşdırma və koordinasiyanın gücləndirilməsinə xidmət edir.

Seçilən
18
1
anews.az

2Mənbələr