ain.az, Konkret.az saytına istinadən bildirir.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, uzun illərdən sonra ilk dəfə olaraq Moskvada 9 May Qələbə Günü paradında hərbi texnika nümayiş etdirilməyə bilər.
KONKRET.az xəbər verir ki, o, bu fikirləri İrəvanda keçirilən VIII Avropa Siyasi Birliyinin sammitinin açılışında səsləndirib.
Zelenskinin sözlərinə görə, əgər məlumat təsdiqlənsə, bu, Rusiyanın əvvəlki gücünü itirdiyini göstərən əlamətlərdən biri olacaq.
Prezident həmçinin iddia edib ki, parad zamanı Ukraynaya məxsus pilotsuz uçuş aparatları da Moskva üzərində görünə bilər.
Ukrayna lideri qeyd edib ki, qarşıdakı yay mövsümü Rusiya prezidenti Vladimir Putin üçün həlledici mərhələ olacaq:
“Putin bu müharibəni genişləndirmək, yoxsa diplomatik yollara keçmək barədə qərar verməli olacaq.”
Zelenski əlavə edib ki, beynəlxalq ictimaiyyət Rusiyanı diplomatiyaya yönəltmək üçün təzyiqləri davam etdirməlidir. Onun fikrincə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar daha da gücləndirilməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.