AZ

MS niderlandlı futbolçunu İspaniya nəhənginə sata bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi Teyani Reynders karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Transfer News Live" yayıb.

Məlumata görə, "şəhərlilər"in əsas heyətindəki yerini itirən 27 yaşlı niderlandlı iş yerini dəyişmək variantını uyğun sayır. Mənbə orta xətti gücləndirməyi hədəfləyən "Real Madrid"in Reyndersi rənglərinə bağlamağı hədəflədiyini açıqlayıb. Mançester klubunum onu təxminən 58 milyon avroya satmağa hazırlaşdığı vurğulanıb.

Cari mövsüm "Siti"nin heyətində bütün turnirlərdə 45 matça çıxan Teyani 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərə klubu onu ötən yay 55 milyon avro qarşılığında "Milan"dan alıb.

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr