AZ

Kremldə çevriliş qorxusu: Putin sığınacaqda gizlənir?

Kremldə dövlət çevrilişi və sui-qəsd qorxusu böyüdükcə, Rusiya Prezidenti Vladimir Putinin ətrafında misli görünməmiş təhlükəsizlik tədbirləri tətbiq olunmağa başlanıb. Sızdırılan kəşfiyyat hesabatı Rusiyada artan daxili gərginliyin və müharibənin yaratdığı təzyiqin ali rəhbərliyi sarsıtdığını üzə çıxarıb.

"CNN International" nəşrinin əldə etdiyi Avropa kəşfiyyat hesabatı Kremldə dərinləşən böhranı və Vladimir Putinin ətrafında alınan fövqəladə mühafizə tədbirlərini gözlər önünə sərib. Sui-qəsd iddiaları, çevriliş qorxusu və daxili çəkişmələr Moskvada gərginliyi pik həddə çatdırıb.

Putinin yaxın ətrafına sərt nəzarət

Hesabata görə, Kremldə yüksək rütbəli hərbçilərə qarşı sui-qəsd dalğası və çevriliş ehtimalı səbəbindən Putinin təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırılıb:

  • Putinlə yaxın çalışan aşpazların, mühafizəçilərin və fotoqrafların ictimai nəqliyyatdan istifadəsi qadağan edilib.

  • Prezidentlə görüşən hər bir şəxsin iki mərhələli təhlükəsizlik yoxlamasından keçməsi məcburi hala gətirilib.

  • Putinin yaxın ətrafına internetə çıxışı olmayan xüsusi telefonlar paylanıb.

Ziyarətlər dayandırılıb, sığınacaqlar dövrəyə girib

Kəşfiyyat hesabatı Putinin hərəkət sahəsinin kəskin şəkildə daraldığını göstərir:

  • Moskva kənarındakı iqamətgahlara və Valdaydakı bağ evinə ziyarətlərin dayandırıldığı bildirilir.

  • Rusiya liderinin tez-tez Qara dəniz sahilində, Krasnodarda yerləşən modernləşdirilmiş sığınacaqlarda qaldığı qeyd olunur.

  • Kremlin ictimaiyyətə əvvəlcədən yazılmış görüntülər təqdim edərək bu məhdudiyyətləri gizlətməyə çalışdığı iddia edilir.

Dron hücumu və sui-qəsd xofu

Hesabatda qeyd olunur ki, 2026-cı ilin martından bəri Kreml məxfi məlumatların sızması və Putinə qarşı sui-qəsd yaxud çevriliş cəhdi ehtimalından ciddi narahatdır. Putinin xüsusilə siyasi elitadan gələ biləcək hücumlarda pilotsuz uçuş aparatlarının (PUA) istifadə edilməsindən çəkindiyi vurğulanır.

"Çevriliş riski" və Şoyqu faktoru

Seçilən
35
aznews.az

1Mənbələr