AZ

Putinin fərmanı ilə Fyodor Şukin Dağıstan rəhbərinin vəzifələrini icra edəcək

Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, Fyodor Şukin Dağıstan Respublikası rəhbərinin vəzifələrini icra edəcək.

AZƏRTAC xəbər verir ki, fərman Rusiyanın rəsmi hüquq-informasiya portalında dərc olunub. Sənəddə, həmçinin istefa ərizəsini vaxtından əvvəl təqdim edən respublikanın əvvəlki rəhbəri Sergey Məlikovun istefası da qəbul edilib.

Fərmana əsasən, Fyodor Şukin Dağıstan Respublikasının rəhbəri seçiləcək şəxs vəzifəsinin icrasına başlayana qədər bölgənin müvəqqəti başçısı səlahiyyətlərini icra edəcək. Fərman imzalandığı gündən qüvvəyə minir.

Seçilən
28
2
azerbaijan-news.az

3Mənbələr