AZ

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB - FOTO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

APA xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 2000 tona yaxın gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***

09:55

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə göndəriləcək.

APA xəbər verir ki, bu gün Ermənistana 10 vaqon gübrə yola salınacaq.

Qeyd edək ki, ötən gün 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan Azərbaycan
Seçilən
46
42
apa.az

10Mənbələr