ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
"Uzun illərdən sonra ilk dəfə olaraq, Moskvada 9 may paradı hərbi texnika olmadan baş tutacaq və bu, Rusiyanın artıq əvvəlki qədər güclü olmadığını nümayiş etdirir. Lakin parad zamanı Ukrayna dronları uça bilər".
Adalet.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin açılışında deyib.
"Rusiya 9 mayda parad elan edib, lakin bu paradda heç bir hərbi texnika olmayacaq. Əgər doğrudursa, uzun illər ərzində ilk dəfə olacaq ki, onlar paradda silah əldə edə bilmirlər. Ukrayna dronları da bu paradda uça bilər", - deyə prezident qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.