AZ

Çimərliklərdə günəş kreminə qadağa SƏBƏB

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyanın ən gözəl çimərliklərindən bəzilərində günəş kremlərinin istifadəsi qadağan edilir. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Karib dənizi, Kosta Rika, Meksika və Havay kimi məşhur turizm bölgələrində yerləşən bir çox çimərlik və təbiət parkında ətraf mühitə zərər verməmək məqsədilə günəş kremlərindən istifadə məhdudlaşdırılıb. 

Supermarketlərdə satılan bir çox günəş qoruyucu məhsulun tərkibində oksibenzon, butilparaben və oktinoksat kimi maddələr var. Bu birləşmələr UVA şüalarına qarşı qoruma təmin etsə də, mercan riflərinin ağarmasına, okean çirklənməsinə və həssas ekosistemlərin pozulmasına səbəb ola bilər. 

Mütəxəssislər istirahət edənlərə mineral tərkibli günəş qoruyucu vasitələrdən istifadə etməyi və ya zərərli UVA və UVB şüalarından qoruyan xüsusi geyimlərə üstünlük verməyi tövsiyə edirlər. 

Əfsanə 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr