AZ

Azərbaycanda Olimpiya Komplekslərinin işi nəzarətə gotürüləcək 

Hesablama Palatası tərəfindən Olimpiya İdman Komplekslərinin (OİK) sayı, ölkə üzrə əhatəsi və sosial-ictimai əhəmiyyəti nəzərə alınaraq, bu obyektlərin idarə olunması və fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi təklif olunur.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı Gənclər və İdman Nazirliyi tərəfindən bəzi tədbirlərin həyata keçirilməsi təklif edilir:

OİK-lərin ictimai statusu, mülkiyyət forması, balans mənsubiyyəti və müvafiq meyarların dəqiqləşdirilməsi;

Komplekslərin idarə olunması, fəaliyyətinə nəzarət mexanizmləri və həmin obyektlərdən ictimai istifadə ilə bağlı məsələlərin tənzimlənməsi;

Fəaliyyət üzrə hədəflərin müəyyən edilməsi və bu hədəflərə nail olunması üçün uzunmüddətli strateji fəaliyyət və tədbirlər planının tərtib olunması.

Bu addımlar OİK-lərin funksional fəaliyyətinin müəyyən edilmiş hədəflər istiqamətində qurulmasını təmin etmək məqsədi daşıyır.

Seçilən
21
fed.az

1Mənbələr