Moskva MOİK-i baş məşqçisi Fabio Çelestini ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı paytaxt təmsilçisinin rəsmi saytı yayıb.
Qeyri-qənaətbəxş nəticələr səbəbindən isveçrəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
28 tura 45 xal toplayan MOİK hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Çelestini daha öncə "Lozanna Sport", "Luqano", "Lutsern", "Sion" və "Bazel"də işləyib. O, 2025-ci ilin yayında Moskva komandasına baş məşqçisi təyin edilmişdi.
Toğrul