AZ

Gülərək girdiyi əməliyyatdan çıxa bilmədi - VİDEO

Türkiyənin İzmir şəhərinin Çiğli rayonunda gənc qadının burun estetikası əməliyyatı faciə ilə yekunlaşıb.

Turkustan.az Milli.az-a istinadən xəbər verir ki, 23 yaşlı Hatice Öncü aprelin 22-də estetik əməliyyat üçün “Metropol Hastanesi”nə müraciət edib. İddialara əsasən, əməliyyat zamanı halı qəfil pisləşən gənc qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırlaşdıqdan sonra o, “İzmir Şehir Hastanesi”nə köçürülsə də, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra mərhumun ailəsi Metropol Xəstəxanası və əməliyyatı həyata keçirən həkim barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Seçilən
21
3
turkustan.az

4Mənbələr