AZ

Sərnişin avtobusunda ölüm hadisəsi baş verdi

Sumqayıt şəhərində sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

Metbuat.az teleqraf.az-a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Avdilov Azər Həbib oğlu Ceyranbatan bağları istiqamətində hərəkət edən 9 nömrəli marşrut xəttində olarkən qəfil dünyasını dəyişib.

Bildirilir ki, sərnişin kimi avtobusda olan şəxsin səhhəti qəfil pisləşib. Hadisə yerinə çağırılan müvafiq xidmət əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Seçilən
4
1
metbuat.az

5Mənbələr