ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb.
İran mediasının xəbərinə görə, bu barədə İran Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, yaxınlaşan hərbi gəmilərə sürətli və sərt xəbərdarlıq edilib.
Detalların sonradan açıqlanacağı əlavə edilib.