AZ

Evdə bəslədiyi nadir ilan bloqeri DİŞLƏDİ: Xəstəxanaya ÇATDIRILDI – FOTO

Podmoskovyedə musiqiçi bloqeri nadir ekzotik ilan sancıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayətində yaşayan bloqer-musiqiçinin kiçik mənzilində bəslədiyi nadir mavi komodo ilanı onu dişləyib.

Hadisə gənc bloqer Daniilin sürünəni yedizdirmək istədiyi zaman baş verib. İlan qəfil onun əlindən sancıb.

Şiddətli şişkinlik və zəhərlənmə əlamətləri ilə bloger xəstəxanaya çatdırılıb.

Mütəxəssislərin bildirdiyinə görə, bu növ ilanların zəhəri qan damarlarını məhv edərək toxumaların ciddi nekrozuna və daxili qanaxmalara səbəb ola bilər.

Bundan əlavə, allergiyası olan şəxslər üçün bu ilan sancması dərhal anafilaktik şoka və ölümlə nəticələnə biləcək ağır duruma səbəb ola bilər.

Mütəxəssislər ekzotik sürünənlərlə işləmə təcrübəsi olmayan şəxslərə belə təhlükəli canlıları evdə saxlamağı qəti şəkildə tövsiyə etmirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr