AZ

Ukrayna dronları 9 may paradı üçün Moskvaya uça bilər - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın artıq əvvəllər düşünüldüyü qədər güclü olmadığını bildirib.

Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Dövlət başçısı bunu Yerevanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin açılışındakı çıxışı edib.

Ukrayna lideri bildirib:

"Rusiya 9 may paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər doğrudursa, uzun illərdən sonra ilk dəfə paradda silah saxlaya bilməyəcəklər. Ukrayna dronları da bu parada uça bilər. Bu, onların artıq əvvəlki qədər güclü olmadığını göstərir."

Eyni zamanda, Ukrayna prezidentinin vurğulayıb ki, sanksiyalar da daxil olmaqla, Rusiyaya təzyiq davam etdirilməlidir. Dövlət başçısı Avropa Birliyinə Rusiyaya qarşı 20-ci məhdudlaşdırıcı tədbirlər paketini tətbiq etdiyinə görə minnətdardır, lakin Rusiya neftinə, banklarına və digər məsələlərə qoyulan məhdudiyyətlər gücləndirilməlidir.

Prezidentin sözlərinə görə, sanksiyaların ləğvi ideyası qəbuledilməzdir.

Dövlət başçısı Rusiyanın Ukraynaya qarşı müharibəsini davam etdirdiyini xatırladaraq bildirib:

"Bu yay Putinin bundan sonra nə edəcəyinə qərar verəcəyi an olacaq: bu müharibəni genişləndirmək və ya diplomatik vasitələrə keçmək. Və biz onu diplomatiyaya doğru itələməliyik."

Seçilən
24
1
herbiand.az

2Mənbələr