“Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti keçiriləcək zaman Azərbaycana səfər etmək imkanım olacaq“.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Avropa Siyasi Birliyi sammitinin plenar iclasında bildirib.
O xatırladıb ki, Azərbaycan prezidenti Ermənistanda keçirilən tədbirdə, uzaqdan olsa da, ilk dəfə iştirak edir.
Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan Avropa Siyasi Birliyi sammitlərinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyirlər.
O, həmçinin qeyd edib ki, Türkiyə prezidenti ilə ilk görüşü Praqada keçirilən ilk Avropa Siyasi Birliyi sammiti çərçivəsində baş tutub.
Paşinyanın sözlərinə görə, Türkiyənin vitse-prezidenti bu gün Yerevanda keçirilən sammitdə iştirak edir. Paşinyan əlavə edib ki, bu, Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir.