AZ

Zelenski: “9 May paradında Rusiya hərbi texnika nümayiş etdirməyə bilər” » AzadMedia.az

Zelenski:


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, uzun illərdən sonra ilk dəfə olaraq Moskvada keçiriləcək 9 May paradında hərbi texnika nümayiş olunmaya bilər. Onun sözlərinə görə, bu hal Rusiyanın əvvəlki qədər güclü olmadığını göstərir.

Zelenski bu fikirləri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitinin açılışında səsləndirib. O qeyd edib ki, qarşıdakı yay mövsümü Rusiya Prezidenti Vladimir Putin üçün həlledici olacaq – ya müharibəni genişləndirmək, ya da diplomatik yola keçmək seçimi qarşısında qalacaq.

“Rusiya 9 May paradını elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, bu, uzun illərdən sonra ilk belə haldır ki, onlar silah nümayiş etdirə bilmirlər. Hətta Ukrayna dronları da həmin parad üzərindən uça bilər”, – deyə Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, bu vəziyyət Rusiyanın zəiflədiyini göstərir və beynəlxalq ictimaiyyət Moskva üzərində sanksiya təzyiqlərini davam etdirməlidir.

Seçilən
17
1
azadmedia.az

2Mənbələr