AZ

Filippində 6 ballıq zəlzələ baş verib

Filippində 6 ballıq zəlzələ baş verib

Filippinin şərqindəki Samar adasında 6 ballıq zəlzələ meydana gəlib.

AFN.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin Samar adasının şimal-qərbində yerləşən Nena bölgəsində qeydə alındığını açıqlayıb.

Yerin 73,3 kilometr dərinliyində baş verən yeraltı təkanlar ölkənin şərq sahilindəki digər yaşayış məntəqələrində də hiss olunub. Zəlzələdən sonra hər hansı can itkisi və ya ciddi maddi ziyan barədə məlumat verilməyib.

Yerli hakimiyyət orqanları əhalini mümkün təkrar təkanlara qarşı diqqətli olmağa çağırıb. Qeyd edək ki, "Sakit okean alov halqası" üzərində yerləşən Filippin dünyanın ən aktiv seysmik zonalarından biri hesab olunur.

Seçilən
32
afn.az

1Mənbələr