AZ

Finlandiya xarici dronlarla bağlı yeni risklər gözləyir

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Finlandiyada xarici pilotsuz uçuş aparatlarının hava məkanını yenidən poza biləcəyi ilə bağlı narahatlıq artır. Bu barədə ölkə parlamentinin deputatı Jarno Limnell açıqlama verib.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, regionda dron hücumları davam edərsə, Finlandiyanın hava məkanında oxşar insidentlərin təkrarlanması mümkündür. Deputat qeyd edib ki, ölkə hakimiyyəti hazırda yüksək hazırlıq vəziyyətindədir.

Məlumata görə, mayın 3-də Finlandiya Rusiya ilə sərhəd bölgəsində pilotsuz uçuş aparatının qeydə alınmasından sonra uçuşlara məhdudiyyət tətbiq edib.

Baş nazir Petteri Orpo isə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə Finlandiyanın hava məkanının pozulmasını qəbuledilməz adlandırıb. Bununla yanaşı, o, Helsinkinin Ukraynaya dəstəyini davam etdirdiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ukraynaya məxsus bir neçə pilotsuz uçuş aparatı Finlandiyanın hava məkanını pozub, onlardan biri Kouvola yaxınlığında yerə düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
baku.ws

2Mənbələr